Fransanın "Dijon" klubunda çıxış edən Floren Balmont karyerasını bitirib.
 
Matc.az xəbər verir ki, bu barədə 40 yaşlı yarımmüdafiəçi "instagram" hesabında məlumat yayıb.
 
Balmont, Liqa 1-də mövsümün dayandırılmasından sonra karyerasını bitirdiyini açıqlayıb. Fransız yarımmüdafiəçi daha əvvəl mövsümün sonunda karyerasını bitirə biləcəyini demişdi.
 
"Lion"un yetirməsi olan Balmont, karyerası ərzində "Tuluza", "Nitsa", "Lill" və "Dijon"da çıxış edib.
 
Liqa 1 koronavirus pandemiyasına görə dayandırılıb və PSJ klubu çempion elan olunub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest