Koronavirus pandemiyasına görə yarımçıq dayandırılmış MLS-də mübarizə aparan klublara tətbiq olunan qadağalar tədricən aradan qaldırılmağa başlayır.
 
Matc.az xəbər verir ki, artıq mayın 6-dan etibarən futbolçular klublarının bazasında fərdi qaydada məşqlərə başlaya biləcəklər.
 
Bu barədə MLS-in rəsmi saytı məlumat yayıb. Xəbərdə qeyd olunur ki, pandemiya səbəbindən qapadılan bazalar qismən açılacaq. Futbolçular bazanın açıq sahələrində fərdi qaydada və sosial məsafəni qorumaq şərtilə məşq edəcəklər. Lakin paltardəyişmə otaqları da daxil olmaqla qapalı sahələrdən istifadə etmək mümkün olmayacaq. Gigiyenik qaydalara xüsusi əməl olunmalı, məşq zamanı istifadə olunan alətlər mütəmadi dezinfeksiya edilməlidi.
 
Açıqlamada o da qeyd olunub ki, komanda halında məşqlərə qoyulan qadağa mayın 15-nə qədər davam edəcək.
 
Qeyd edək ki, ABŞ və Kanada klublarının birgə mübarizə apardığı MLS-də çempionat koronavirusa görə dayandırılıb, yarış ilk olaraq aprelin 13-dək, sonra isə mayın 10-dək təxirə salınıb. Ən son qərara görə isə, çempionatın startı ən azı iyunun 8-dək uzudılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest