"Qarabağ" klubunun direktoru Emrah çelikel, baş məşqçi Qurban Qurbanov, futbolçulardan kapitan Rəşad Sadıqov, Maksim Medvedyev, Qara Qarayev, Mahir Emreli və Şahruddin Məhəmmədəliyev bu gün Ağdama səfərə gediblər.
 
Matc.az xəbər verir ki, onlar rayonun İmamverdilər, çullu və Quzanlı kəndlərində olublar. "Qarabağ" klubu koronavirus pandemiyası dövründə ehtiyacı olan insanlara yardım edib. Klub rəhbərliyinin, baş məşqçi və bir neçə futbolçunun maddi dəstəyi ilə 1500 ailəyə ərzaq yardımı paketi hazırlanıb və rayon icra hakimiyyətinin verdiyi siyahı əsasında Ağdam kəndlərində paylanılmasına başlanıb.
 
Bu prosesdə "Qarabağ" rəhbərliyi, Q.Qurbanov və futbolçular şəxsən iştirak ediblər. Onlar Ağdamın icra başçısı Vaqif Həsənovla da görüşüblər.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest