Futbol üzrə Niderland yığma komandasının baş məşqçisi Ronald Kumanın səhhətində problem yaranıb.
 
Matc.az xəbər verir ki, ürəyində ağrılar hiss edən mütəxəssis dərhal xəstəxanaya aparılıb.
 
Yerli "De Telegraaf" nəşrinin yazdığına görə, 57 yaşlı mütəxəssis hazırda həkim nəzarəti altındadı və özünü yaxşı hiss edir.
 
Məşqçilik karyerası ərzində "Vitess", "Ayaks", "Benfika", PSV, "Valensiya", "AZ Alkmaar", "Feyenoord", "Sauthempton" və "Everton" klublarını çalışdıran təcrübəli mütəxəssis, Dç-1998-də dördüncü yeri tutan Niderland yığmasının baş məqçisi Quus Hiddinkin köməkçisi olub.
 
Kuman futbolçu olduğu dönəmdə isə "Qroningen", "Ayaks", PSV, "Barselona" və "Feyenoord"un şərəfini qoruyub. Onun heyətində yer aldığı Niderland yığması Aç-1988-in qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest