PSJ-nin forvardı Neymar "Barselona"ya keçmək üçün maaşının azalmasına razıdır. Matc.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, braziliyalı Paris təmsilçisinin yeni müqavilə təklifini rədd edib.

Məumata görə, PSJ oyunçuya hazırkı şərtlərdən daha yaxşı sözləşmə təklif etsə də, Neymar bunula razılaşmayıb. Onun "Barselona"ya keçmək istədiyi üçün belə bir qərar verdiyi bildirilir.

Neymarın Fransa klubu ilə müqavilə yeniləməməsi PSJ-ni braziliyalı üçün tələb etdiyi məbləği azaltmağa məcbur qoyacaq.

Qeyd edək ki, Neymarın Paris təmsilçisi ilə sözləşməsi 2022-ci ildə başa çatır.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest