"İsrail hökuməti vətəndaşlarını ölkəyə aparmaq üçün xüsusi reyslər təşkil edir. Amma hazırda qeyri-müəyyənlikdir. Çünki qayıdıb-qayıtmayacağım sual altındadır"

"Komanda ilə onlayn məşqlər keçirdik. Qəflətən televiziya vasitəsilə elan etdilər ki, karantin müddəti mayın 31-dək uzadılıb".

Matc.az xəbər verir ki, bu sözləri "Sumqayıt"ın israilli futbolçusu Əmir Ağayev ölkəsinin mətbuatına açıqlamasında Azərbaycanda karantin rejiminin uzadılması ilə bağlı danışarkən deyib.

28 yaşlı yarımmüdafiəçi mövsümün bərpa olunacağına inanmadığını bildirib. O qeyd edib ki, komandasında özü ilə birgə 15 oyunçunun müqaviləsi mövsümün sonunda başa çatacağından, müəyyən problemlər yaranacaq: "İsrail hökuməti vətəndaşlarını ölkəyə aparmaq üçün xüsusi reyslər təşkil edir. Amma hazırda qeyri-müəyyənlikdir. çünki qayıdıb-qayıtmayacağım sual altındadır. Mayın 31-də "Sumqayıt"la müqaviləm başa çatacaq və azad oyunçu olacağam. Belədə İsrailə qayıda bilərəm. Ancaq hələ də ödənilməyən maaşlarımız var. Bu qeyri-müəyyənlik əls kabusdur".

Ağayev bu yay İsrailə qayıtmağı planlaşdırdığını söyləyib: "Növbəti mövsümdə də burada davam edib-etməyəcəyimdən asılı olmayaraq, mütləq ölkəmə yollanacağam. çünki 1 ildir İsraildən kənardayam. Yoldaşım hamilə olduğu üçün qış fasiləsində gedə bilmədim. İndiki vəziyyətdə ölkəmə qayıdıb-qayıtmayacağım isə hələ məlum deyil".

Qeyd edək ki, Əmir Ağayev 2019-cu ilin qışında "Sumqayıt"la 1,5 illik müqavilə bağlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest