Futbol üzrə Argentina yığmasının və İtaliyanın "Yuventus" klubunun hücumçusu Paolo Dibala koronavirusa nəhayət ki, qalib gəlib.
 
Matc.az xəbər verir ki, uzun müddət idi bu virusdan əziyyət çəkən 26 yaşlı forvard sonuncu analizinin cavabının mənfi çıxdığını açıqlayıb. O, bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
 
"üzümdəki sevinci hər şeyi söyləyir. Nəhayət ki, koronavirusa qalib gələrək yaxşılaşdım".
 
"Yuventus" da rəsmi saytı vasitəsilə bu məlumatı təsdiqləyib. Klub hücumçunun artıq karantində qalmasına ehtiyac qalmadığını bəyan edib.
 
Xatırladaq ki, Dibala martın 21-də sevgilisi Oriana Sabatini ilə birgə koronavirusa yoluxduğunu açıqlanmışdı. Onların bu xəstəliyə tam olaraq qalib gəlməsi 45 gün çəkib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest