Azərbaycan millisinin üzvü Rüfət Dadaşovun çıxış etdiyi "Foneks Rizinq" komandası məşqləri bərpa etməyə hazırlaşır.

Matc.az klub saytına istinadən xəbər verir ki, Amerika birinci liqa (USL) təmsilçisi mayın 11-də hazırlıqlara başlaya bilər

Məlumata görə, futbolçular 4 nəfərlik qruplara bölünəcək və sosial ara məsafəsi qorunacaq. Bununla yanaşı, bazada oyunçuların müayinəsi üçün xüsusi otaq olacaq.

Qeyd edək ki, daha öncə USL-də məşqlərin mayın 14-də qədər təxirə salındığı açıqlanmışdı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest