"Mançester Siti"nin oyunçusu Leroy Sane karyerasını Almaniyada davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, futbolçunun xidmətində "Bavariya" maraqlıdır.

Məlumata görə, Münhen təmsilçisi Sane ilə razılığa gəlib. 24 yaşlı oyunçunun Almaniya klubu ilə 5 illik müqavilə imzaladığı bildirilir.

Lakin "şəhərlilər" bu iddiaları təkzib edib. "Mançester Siti" rəhbərliyi almaniyalı futbolçunun komandada qalacağını və ona gələn təkliflə bağlı heç kimlə görüşülməyəciyini qeyd edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest