Sabahdan Cənubi Koreya çempionatında yeni mövsümə start veriləcək. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, daha əvvəl K Liqanın başlaması fevralın 29-na nəzərdə tutulsa da, koronavirusa görə mövsümün startı təxirə salınmışdı.
 
Artıq mayın 8-dən K Liqada yeni mövsümə start veriləcək. Liqa rəhbərliyi koronavirus pandemiyasının yayılmasının qarşısını almaq məqsədilə bir sıra qərarlar qəbul edib.
 
Belə ki, futbolçulara oyun zamanı tüpürmək və əllə görüşmək qadağan edilib. Bununla yanaşı, həm də futbolçuların meydanda danışmaması tövsiyə olunub. Məşqçilər və işçilər maska və əlcəkdən istifadə edəcəklər.
 
Cənubi Koreyada yeni mövsümün açılış oyunu – "Jeonbuk" – "Suvon Bluevinqs" arasında olacaq. Sabah keçiriləcək matç azarkeşsiz oynanılacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest