"Napoli"nin mərkəz müdafiəçisi Kalidu Kulibali karyerasını İngiltərədə davam etdirə bilər. Matc.az xəbər verir ki, futbolçunun mövsüm sonunda klubdan ayrılacağı gözlənilir.

Məlumata görə, 28 yaşlı futbolçunun daha öncə "Real" və PSJ-nin maraq dirəsində olduğu bildirilirdi. Ancaq İngiltərə mətbuatı seneqallı oyunçunun "Liverpul"la razılığa gəldiyini yazıb.

"Napoli" Kulibalini 90 milyon avro qarşılığında satmağa hazır olduğunu bildirilmişdi.          

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest