Ukrayna futbolunda ilk koronavirusa yoluxma halı qeydə alınıb.
 
Matc.az xəbər verir ki, "Minay" klubunun futbolçularının birində koronavirus aşkarlanıb.
 
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Koronavirus aşkarlanan futbolçunun hazırda karantində olduğu bildirilir.
 
Bu, Ukraynada futbolçular arasında ilk koronavirusa yoluxma hadisəsidi.
 
"Minay" klubu tezliklə bütün işçiləri, futbolçuları və məşqçilər heyətini koronavirus testindən keçirəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest