Koronavirus səbəbiylə dayandırılan Türkiyə Super Liqasının iyunun 12-dən bərpa olunacağını xəbər vermişdik.
 
Matc.az xəbər verir ki, Türkiyə Futbol Federasiyası (TFF), mümkün koronavirus təhlükəsinin qarşısını almaq üçün oyunlar zamanı, oyunlardan əvvəl və sonra əməl ediləcək qaydalar hazırlayıb.
 
Paltardəyişmə otağına maskasız daxil olmaq qadağan edilir. Bundan başqa, paltardəyişmə otağından eyni anda maksimum 3 futbolçu istifadə edə bilər. Futbolçular məşq edərkən kənardan izləyənlərin meydana daxil olması, yaxud onların futbolçularla təması qadağan edilib. Bir məşq meydanında eyni anda maksimum 6 futbolçu məşq edə biləcək. Oyundan əvvəl komandaların görüşməsi və ümumi şəkil çəkilməsi qadağan olunub. Qol sevinci texniki zonada da qeyd olunmamalıdır. Oyun ərzində futbolçular və məşqçilər hakimlərə maksimum 2 metr yaxınlaşa biləcək. Topa əlcəksiz toxunulacağı halda, top dezinfeksiya olunmalıdır. Meydandan kənardakı hər kəsin sosial məsafə qaydalarına əməl etməsi və maska taxması vacibdir. Fasilə zamanı meydandan çıxış və meydana giriş zamanı azı 2 metrlik məsafə saxlanılmalıdır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest