Müxtəlif zədələr səbəbindən təxminən 3 il yaşıl meydanlardan kənarda qalan İspaniyanın "Vilyarreal" klubunun kapitanı Bruno Soriano məşqlərə başlayıb.
 
Matc.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Koronavirus pandemiyasına görə uzun müddət idi məşq edə bilməyən "Vilyarreal"ın futbolçuları mayın 10-dan hazırlığı bərpa ediblər. 35 yaşlı yarımmüdafiəçi də məhz həmin gündən komanda yoldaşları kimi, fiziki hazırlıq üzrə məşqçinin rəhbərliyi altında fərdi qaydada məşq edir.
 
Qeyd edək ki, Bruno Soriano 2017-ci ilin iyulunda zədələnib və əməliyyat olunub. "Vilyarreal"in yetirməsi olan və 2006-cı ildən əsas komandada çıxış edən yarımmüdafiəçi komandada 400-dən çox oyun keçirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest