Almaniya Bundesliqa II-də IX tura start verilib. Matç.az saytının məlumatına görə, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi "Aue" növbəti oyununa çıxıb.

 

Aue təmsilçisi doğma azarkeşləri önündə "Holsteyn"i qəbul edib. İlk hissənin sonlarında hesabda geri düşən ev sahibləri 72-ci dəqiqədə bərabərlik qolunu vurublar. Matça ehtiyatdan başlayan yığmamızın üzvü 86-cı dəqiqədə Soren Bertramın əvəzinə meydana daxil olub. Cəmi 6 dəqiqə Nazarova görüşün qəhrəmanı olmaq üçün kifayət edib. Rəqibin də son dəqiqələri azlıqda keçirdiyi oyunun 90+1-ci dəqiqəsində toru silkələyən Nazarov komandasına 2:1 hesablı qələbə qazandırıb.

 

Qeyd edək ki, bu qalibiyyət sayəsində "Aue" 10 xalla 13-cü pilləyə yüksəlib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest