Məlumata görə, Kataloniya klubu futbolçunu 50 milyon avroqarşılığında satmağa hazırdır. Məşqçilər heyəti Semedonun komandada inkişaf edə bilmədiyini düşünür.

"Barselona"nın müdafiəçisi Nelson Semedo komandanı tərk edə bilər. Matc.az xəbər verir ki, PSJ, "Bavariya", "İnter" və "Mançester Siti" 26 yaşlı futbolçunun xidmətində maraqlıdır.

Məlumata görə, Kataloniya klubu futbolçunu 50 milyon avro qarşılığında satmağa hazırdır. Məşqçilər heyəti Semedonun komandada inkişaf edə bilmədiyini düşünür. Rəhbərlik 26 yaşlı futbolçunu heyətə cəlb ediləcək yeni oyunçularla dəyişməyi də planlaşdırır.

Semedo cari mövsüm La Liqada 21 matçda iştirak edib və ünvanında iki məhsuldar ötürmə var.         

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest