Cari mövsümdə Liqa 1-in qalibi elan edilən PSJ futbolçuları bu münasibətlə xüsusi hədiyyə alacaq.
 
Matc.az xəbər verir ki, Paris klubunun üzvlərinə qızıl örtüklü telefonlar hədiyyə olunacaq. 
 
"I Design Gold" şirkəti tərəfindən veriləcək hədiyyələrin üzərində hər futbolçunun adı və forma nömrəsi qeyd olunacaq.
 
Koronavirus səbəbiylə dayandırılan Liqa 1 vaxtından tez yekunlaşdırılıb və turnir cədvəlinə liderlik edən PSJ çempion elan edilib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest