Türkiyənin "Fənərbaxça" klubunun daha bir əməkdaşında koronavirus aşkarlanıb.
 
Matc.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, ötən gün klubun işçilərindən və futbolçulardan növbəti dəfə test götürülb. Bu gün isə təlim-məşq bazasında çalışanlardan birində virus aşkarlandığı bəlli olub. Adı çəkilməyən klub əməkdaşı öz evində karantinə alınıb və müalicəsinə başlanılıb.
 
Qeyd edək ki, bundan əvvəl İstanbul klubunun daha bir işçisində koronavirus tapılmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest