Avropanın daha bir ölkəsində futbolun bərpa olunmasına qərar verilib.
 
Matc.az xəbər verir ki, Avstriyada bu ayın sonundan etibarən rəsmi yarışların davam etdirilməsi barədə qərar olunub.
 
Belə ki, mayın 30-da Avstriya kubokunun final qarşılaşması baş tutacaq. Həlledici oyunda "Zalsburq" və "Austriya" komandaları üz-üzə gələcək.
 
Mövsümün başa çatmasına 10 tur qalan Avstriya Bundesliqasının isə iyunun 2-dən etibarən bərpa edilməsi nəzərdə tutulur. Oyunlara azarkeş buraxılmayacaq.
 
Avstriya Futbol Federasiyasının rəsmi saytının yaydığı məlumata görə, komandalar mayın 15-dən etibarən məşqlərə başlaya biləcəklər. Lakin ona qədər bütün klublar futbolçularını koronavirus testindən keçirməlidilər.
 
Qeyd edək ki, Avstriya Bundesliqası koronavirus pandemiyasına görə mart ayında, 22-ci turda dayandırılıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest