"Mançester Yunayted"in sabiq futbolçusu Pol Skoulz Ronaldinyo barədə danışıb. Matc.az xəbər verir ki, o, əfsanəvi oyunçunun "Barselona"dan öncə "qırmızı şeytanlar"a yaxın olduğunu açıqlayıb:

"2003-də Ronaldinyo "Mançester Yunayted"ə keçməli idi. Baş məşqçi Aleks Ferqyuson onunla anlaşmışdı, komandadakı nömrəsi belə hazır idi. Klub onun transferini elan etməyə hazırlaşırdı ki, son anda fikrini dəyişdirib "Barselona"ya getdi. Onun Kantana kimi bizə həyəcan gətirəcəyinə çox inanmışdıq. Bundan az vaxt sonra Kataloniya klubu ilə yoxlama oyunu keçirdik. Həmin görüşdə bizi seçmədiyinə görə hamı ona təpik vurmağa çalışırdı".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest