"Barselona" yayda Osman Dembeleni göndərməyi düşünür. Matc.az "Marca"ya istinadən xəbər verir ki, kataloniyalılar oyunçuya 60 milyon avro qiymət qoyub.

Məlumata görə, "Barselona" hücumçunu satmaqla maaşı ilə birgə 80 milyon avro qazanc əldə edəcək. Hələlik Dembele ilə bağlı rəsmi bir təklif yoxdur. 22 yaşlı futbolçunun klubla müqaviləsi 2022-ci ilə qədərdir. İngiltərə mətbuatı "Arsenal"ın Dembele ilə maraqlandığını iddia edir.

Qeyd edək ki, futbolçu cari mövsüm "Barselona"da 9 oyun keçirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest