İsveçdə futbolçuların məşq və oyunlardan əvvəl koronavirus testindən keçməsi məcburi olmayacaq.
 
Matc.az xəbər verir ki, bu barədə İsveç Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
 
İyunun 14-dən start götürəcək İsveç çempionatında oyundan əvvəl futbolçuların oynayıb-oynamamasına klubun həkimləri qərar verəcək. Federasiyanın verdiyi açıqlamada bunlar qeyd edilib:
 
"Futbolçular işlərini görməlidi. Simptomları daşıyan futbolçular heyətə alınmayacaq. Onlar istədikləri zaman gedib xəstəxanada test verə bilər".
 
İsveçdə 27 min 272 nəfər koronavirusa yoluxub. Onların 3 min 313 nəfəri dünyasını dəyişib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest