UEFA Ukraynanın "Dinamo" (Kiyev) klubunun hücumçusu Artyom Besedini cəzalandırıb.
 
Matc.az xəbər verir ki, qitə futbol qurumu sözügedən futbolçunu 1 illik diskvalifikasiya edib. Bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
 
Cəzaya Besedinin dopinqdə ilişməsi səbəb olub. Belə ki, Avropa Liqası çərçivəsində İsveçin "Malmö" klubu ilə oyundan sonra sözügedən oyunçudan götürülən analizlərin nəticəsi müsbət olub. Bu üzdən də UEFA Besedini 1 il müddətinə cəzalandırıb.
 
"Dinamo"nun öz yetirməsi olan Besedin həm də Ukrayna yığmasının üzvüdü. 24 yaşlı futbolçu millidə 12 oyuna çıxıb, 2 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest