"Onlayn məşqlərin bizə cuzi xeyri var. Bu, yalnız 15-20 faiz kömək edir. İki aydır məşq etmirik, heç bir futbolçu normal formada qala bilməz"

Bu sözləri matc.az saytına "Zirə"nin hücumçusu Ağabala Ramazanov deyib. Millimizin üzvü məşqlərin bərpa müddəti və Premyer Liqanın mümkün ləğvi ehtimalına da münasibət bildirib:

"Hazırlıqların nə zaman başlayacağını bilmirik. Bizə dəqiq bir şey deyilməyib. Ancaq yaxın günlərdə bərpa olacağı danışılır. Məncə, Azərbaycanda vəziyyət çempionatı ləğv edəcək qədər pis deyil. Yenə də nə qərar verilsə, razı olacağıq. Amma mən Premyer-Liqanın davam etməsini istəyirəm. Düzdür, çempionata tam hazır olmağımız üçün çox vaxt lazımdır. Ancaq 15-20 günə özümüzə gələ bilərik. Fasilədən sonra turnir cədvəlində dəyişiklik ola bilər. ümid edirəm ki, bizim xeyrimizə olacaq. çünki "Zirə" daha da üst pillələrə layiqdir".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest