Koronavirus pandemiyasına görə martda dayandırılan və ötən gün bərpa olunan Almaniya Bundesliqasında bu gün 26-cı turun daha iki oyunu keçirilib.
 
Matc.az xəbər verir ki, Münhen "Bavariya"sı bu tur çərçivəsində Berlin səfərində "Yunion"la qarşılaşıb. 
 
Münhenlilər səfərdən inamlı qələbə ilə qayıdıblar. 
 
Dörd qolun qeydə alındığı "Köln" – "Maynts" matçında isə qalib müəyyənləşməyib.
 
Qeyd edək ki, Bundesliqanın oyunları koronavirus pandemiyasına görə azarkeşsiz keçirilir.
 
Almaniya Bundesliqası
26-cı tur
16 may
 
Auqsburq – Volfsburq 1:2
Qol: Yedvay, 54 – Steffen, 43. Ginçek, 90+1.
 
Borussiya (Dortmund) – Şalke 4:0
Qol: Haland, 29. Gerrero, 45; 63. Hazard, 48.
 
Fortuna – Paderborn 0:0
 
Hoffenhaym – Herta 0:3
Qol: Akpoquma, 58-öz qapısına. İbişeviç, 60. Kunya, 74.
 
Leyptsiq – Frayburq 1:1
Qol: Poulsen, 77 – Gulde, 34.
 
Ayntraxt – Borussiya (Münhenqladbax) 1:3
Qol: A.Silva, 81 – Plea, 1. Turam, 7. Bensebaini, 72-pen.
 
17 may
 
Köln – Maynts 2:2
Qol: Ut, 6. Kaynts, 53 – Avoniyi, 61. Malonq, 72.
 
Yunion – Bavariya 0:2
Qol: Levandovski, 40-pen. Pavard, 80.
 
18 may
 
22:30 Verder – Bayer

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest