İspaniya klubları mayın 18-dən etibarən kollektiv məşqlərə başlaya biləcək.
 
Matc.az xəbər verir ki, bu barədə "Barselona" klubunun mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə bildirilir ki, komandalar koronavirus pandemiyasına görə dayandırılan hazırlığın növbəti mərhələsinə başlayırlar. Artıq bütün komandalara kollektiv məşqləri bərpa etmək icazəsi verilib. Lakin məşq zamanı bir qrupda 10-dan çox futbolçu olmamalıdı.
 
Daha əvvəl İspaniya klubları məşqləri bərpa etsələr də, yalnız fərdi qaydada çalışmağa icazə verilirdi.
 
İki aydan çoxdu dayandırılan İspaniya La Liqasının iyun ayında bərpası gözlənilir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest