İtaliyanın "İnter" klubunda futbolçular, məşqçilər və digər çalışanlar növbəti dəfə koronavirus testindən keçirilib.
 
Matc.az xəbər verir ki, bütün testlərin nəticəsi mənfi çıxıb. Bu barədə Milan təmsilçisinin rəsmi saytı məlumat yayıb.
 
Xatırladaq ki, "İnter"in kollektivi daha öncə komanda üzvləri fərdi məşqləri bərpa edərkən də testdən keçmişdilər və bütün nəticələr neqativ çıxmışdı. Bu gün - mayın 18-dən isə "İnter" futbolçuları kollektiv şəkildə də məşq edə biləcəklər.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest