O bildirib ki, həmin vaxt Mersisayd təmsilçisi ilə yanaşı, PSJ də onunla maraqlanırdı. Ancaq Esyen təklifləri qəbul etmədiyini etiraf edib.

"Səbail"in futbolçusu Maykl Esyen "GHANASoccernet.com" nəşrinə müsahibə verib. Matc.az xəbər verir ki, qanalı oyunçu 2002-ci ildə "Liverpul"da oynamağa yaxın olduğunu açıqlayıb.

O bildirib ki, həmin vaxt Mersisayd təmsilçisi ilə yanaşı, PSJ də onunla maraqlanırdı. Ancaq Esyen təklifləri qəbul etmədiyini etiraf edib. O, həmin vaxt çıxış etdiyi "Bastiya" klubunun da onu satmaq istəmədiyini sözlərinə əlavə edib.

2003-cü ildə "Lion"a keçən təcrübəli futbolçu bu komandanın Fransada ən çox sevdiyi klub olduğunu bildirib.

Qeyd edək ki, Esyen karyerası boyunca "çelsi", "Real" və "Milan" kimi komandaların şərəfini qoruyub. O, keçən ildən "Səbail"də çıxış edir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest