Futbol üzrə Polşa millisinin baş məşqçisi Yeji Bjençeklə müqavilənin müddətini uzadılıb. 
 
Matc.az xəbər verir ki, bu barədə Polşa Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Yeni müqavilə 2021-ci ilin sonunadək nəzərdə tutulub. 49 yaşlı mütəxəssis 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində də komandaya rəhbərlik edəcək. 
 
Polşa Dç-2022-yə vəsiqə qazansa, Bjençekin müqaviləsi daha bir il uzanacaq. Bununla belə, polşalı baş məşqçinin sözləşməsinin 2021-ci ilin avqustunda ləğv olunma maddəsi də sənəddə əksini tapıb. 
 
Qeyd edək ki, Yeji Bjençek Polşa yığmasında 2018-ci ilin iyulundan işləyir. Polşa 2021-ci ildə keçiriləcək Aç-2020-də çıxış edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest