Futbol üzrə Belarus çempionatında daha bir oyun koronavirusa görə təxirə salınıb.
 
Matc.az xəbər verir ki, 10-cu turun "Smoleviçi" - "Minsk" qarşılaşması nəzərdə tutulduğu kimi mayın 23-də keçirilməyəcək.
 
Bu barədə Belarus Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Belə bir qərarın qəbul olunmasına paytaxt təmsilçisinin oyunçularının koronavirusa yoluxma şübhəsinin olması səbəb göstərilir. Daha öncə bu komandanın 9-cu tur çərçivəsində, mayın 15-də keçirilməli olan "Neman"la görüşü də qeyri-müəyyən müddətə təxirə salınmışdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest