UEFA prezidenti Aleksandr çeferin koronavirus pandemiyası üzündən dayanan futbolun gələcəyi barədə danışıb. Matc.az xəbər verir ki, qrum rəhbəri yaşananlarla bağlı narahatçılığa əsas olmadığını bildirib:

"Düşünmürəm ki, birdəfəlik nəsə dəyişsin. Bu yeni bir təcrübədir və bu virusdan qurtulduğumuz zaman hər şey başa dönəcək. Dünya müharibələrindən sonra belə futbol dəyişməyib, koronavirus səbəbindən də dəyişməyəcək. İnsanlar deyirlər ki, dünya bu xəstəlikdən sonra başqa cür olacaq. Bu həqiqət ola bilər. Amma mən deyirəm ki, niyə bu virusdan sonra dünyanın düzələcəyini düşünməyək? Niyə daha ağıllı olacağımızı və təbiətimizə nə qədər həssas olduğumuzu başa düşməyək? Məncə, ətrafımızda həmişə öyrənəcəyimiz dərslər var".

Qeyd edək ki, hələlik koronavirus səbəbindən yarımçıq dayandırılan Avropa çempionatlarından yalnız Almaniya Bundesliqası başlayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest