PSJ "Borussiya"nın hücumçusu Erlinq Holandla maraqlanır. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Paris klubu 19 yaşlı forvard üçün "Real"la transfer mübarizəsi aparmağa hazırdır.

PSJ Kilian Mbapennin Madrid təmsilçisinə getmək istədəyini bilir. Bu səbəbdən də onun boşluğunu Holandla doldurmaq istəyir. Bununla yanaşı, Edinson Kavani və Mauor İkardi də klubdan ayrılacaq. Rəhbərlik norveçli hücumçu üçün Dordmun təmsilçisi ilə danışıqlara hazırlaşır.

Daha öncə 19 yaşlı forvardın 2022-ci ilə qədər "Borussiya"dan ayrılmayacağı bildirilirdi.

Holand cari mövsüm Bundesliqada 9 qarşılaşmada 10 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest