Fransanın "Olimpik" (Marsel) klubu baş məşqçisi Andre Villaş-Boaşa yeni müqavilə təklif edib.
 
Matc.az xəbər verir ki, klub 42 yaşlı mütəxəssisə 2+1 illik müqavilə təklif edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
 
Klub, mütəxəssisə güvəndiyini və onunla çalışmağa davam etmək istədiyini bildirib.
 
Daha əvvəl mətbuatda Villaş-Boaşın klubun təklifindən imtina etməsi barədə xəbərlər yayılmışdı. Klub, verdiyi açıqlamada bu xəbərləri təkzib edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest