Meksikanın "Santos Laquna" klubunun 8 futbolçusu koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, bu barədə Meksika Futbol Liqasının mətbuat xidməti məlumat yayıb.
 
Xəbərdə, "Santos Laquna"nın 8 futbolçusunun koronavirus testinin müsbət çıxdığı bildirilib. Futbolçuların adları isə açıqlanmayıb.
 
Meksika Futbol Liqasında mövsüm koronavirus pandemiyasına görə erkən yekunlaşdırılıb.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest