"Nyu-York Siti"nin hücumçusu David Vilya komandası ilə yollarını ayıracaq. Matç.az saytı xəbər verir ki, bunu ABŞ klubu rəsmi saytı vasitəsilə bəyan edib.

36 yaşlı forvardın müqavilə müddəti dekabrın sonuna qədərdi və tərəflər arasında yeni sözləşmə olmayacaq. İspaniya yığmasının sabiq üzvü yaxın günlərdə yeni komandasını müəyyənləşdirməlidi.

Qeyd edək ki, 2014-cü ildən "Nyu-York Siti"nin formasını geyinən David Vilya 124 oyunda 80 qola imza atıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest