"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba klubunu dəyişməyəcək. Matç.az saytı xəbər verir ki, bunu fransalı ulduz futbolçunun meneceri Mina Rayola deyib.

Goal.com-a danışan Rayola Poqbanın yanvarda başqa kluba keçəcəyi ilə bağlı yayılan məlumatı təkzib edib: "Poqba haqqında danışmaqdan imtina edirəm. O, həssas mərhələdən keçir. Lakin satılması müzakirə mövzusu belə deyil. Poqba satılmayacaq".

Qeyd edək ki, Pol Poqba "Barselona" və "Yuventus"un maraq dairəsindədi.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest