İtaliyanın "Roma" klubunun sabiq futbolçusu Jozef Buasse vəfat edib.
 
Matc.az xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi bu il transfer olunduğu Rumıniyanın "Universitatya Kluj" komandasının məşqi zamanı infarktdan həyatını itirib. Bu, sözügedən komandanın koronavirus pandemiyasına görə iki aylıq fasilədən sonrakı ilk məşqi imiş.
 
Qeyd edək ki, 2018-ci ildə "Roma"dan ayrılan kamerunlu futbolçu paytaxt klubunun əsas komandasında oynamayıb. O, İtaliyada "Viçentsa"nın da uğurları üçün çalışıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest