çempionlar Liqasının qrup mərhələsində "Bavariya"ya məğlubiyyət (1:5) "Benfika"nın baş məşqçisi Rui Vitoriyaya baha başa gəlib. Matç.az saytının Portuqaliya mətbuatına istinadən məlumatına görə, Lissabon təmsilçisi onunla yollarını ayırmağı qərara alıb.

Düzdü, "Benfika" bunu hələ rəsmən açıqlamayıb və 48 yaşlı mütəxəssis bugünkü məşqdə iştirak edib. Lakin yaxın iki gün ərzində istefanın rəsmiləşməsi gözlənilir. Portuqaliya çempionatının növbəti turunda "Feyrense" ilə dekabrın 1-dəki qarşılaşmada Vitoriyanın texniki zonada olmayacağı bildirilir.

Klub rəhbərliyi sabiq baş məşqçi Jorje Jezuşla anlaşıb. Razılığa əsasən, hazırda "Əl-Hilal"ı çalışdıran Jezuş yanvardan "Benfika"nın "sükanı arxası"na keçəcək. Həmin vaxta qədər isə komandanı Bruno Laqe çalışdıracaq. Ona Luizao və Julio Sezar kömək edəcəklər.

Qeyd edək ki, Jorje Jezuş 2009-2015-ci illərdə "Benfika"ya rəhbərlik edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest