İspaniyanın "Atletiko" klubunun futbolçusu Saul Niqes Madrid təmsilçisindən ayrılmağa qərar verib.
 
Matc.az xəbər verir ki, bu barədə 26 yaşlı yarımmüdafiəçi sosial şəbəkə hesablarında paylaşım edib.
 
İspaniyalı oyunçu bildirib ki, 3 gündən sonra yeni klubunun adı bəlli olacaq.
 
Saul Niqesin İngiltərənin "Mançester Yunayted" klubuna transfer olunacağı gözlənilir.
 
Qeyd edək ki, "Atletiko"nun öz yetirməsi olan İspaniya millisinin üzvü cari mövsüm 37 oyuna 4 qol vurub. O, 2013/14 mövsümündə icarə əsasında "Rayo Valyekano"da da çıxış edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest