V turun görüşündə 1:6 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri indiyədək heç vaxt öz meydanında 4-dən artıq top fərqi ilə uduzmamışdı.

"Qarabağ" avrokuboklar tarixində ən ağır ev məğlubiyyətini alıb. Matç.az xəbər verir ki, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsinin "Sportinq"lə Bakı Olimpiya Stadionundakı görüşdə darmadağın yaşayıb.

V turun görüşündə 1:6 hesabı ilə uduzan Qurban Qurbanovun yetirmələri indiyədək heç vaxt öz meydanında 4-dən artıq top fərqi ilə uduzmamışdı.

Ağdamlılar həm də evdə indiyədək 4-dən çox qol da buraxmamışdı. Bunadək "Qarabağ"ın ən ağır ev məğlubiyyəti 1998/99 mövsümündə "Kopenhagen" (Danimarka) və 2017/18 mövsümündə "çelsi" (İngiltərə) ilə matça təsadüf etmişdi. Hər iki oyunda qonaqlar 4 cavabsız qolla qalib gəlmişdi.

Qeyd edək ki, 6 qolun buraxılması ümumiyyətlə "Qarabağ" avrokuboklarda çıxışları tarixinin antirekordunun təkrarıdı. İndiyədək təmsilçimiz yalnız səfərdə 6 top buraxmışdı. Bunlar 1998/99 mövsümündə "Monpelye" (Fransa), 1 il sonra "Kopenhagen" (Danimarka) və ötənilki "çelsi" (İngiltərə) ilə oyunlarda yaşanan 0:6 hesablı məğlubiyyətlər idi. Bu üç matç əyalət təmsilçisinin ən ağır avrokubok yenilgiləridi.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest