İspaniya çempionatının başlayacağı tarix məlum olub. Matc.az xəbər verir ki, La Liqanın 28 və 29-cu turunun oyunlarının təqvimi bəlli olub.

İlk görüş iyunun 110də "Sevilya" ilə "Betis" arasında baş tutacaq. Ayın 14-də isə "Real" evdə "Eybar"ı qəbul edəcək. Eyni gündə "Atletiko" "Atletik"lə qarşılaşacaq. "Barselona" isə 13 iyunda "Malyorka" ilə görüşəcək.

Qeyd edək ki, İspaniya çempionatına 58 xalla "Barselona" başçılıq edir. Aktivində 56 xal olan "ReaL" ikinci sıradadır.

                                                         

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest