"Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqba karyerasını PSJ-də davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, Paris təmsilçisi oyunçunun agenti ilə təmasa keçib.

27 yaşlı futbolçunun daha öncə "Real"a transfer olacağı deyilirdi. Madrid klubu Poqba üçün PSJ-yə 4 oyunçu təklif edib. Bununla yanaşı, fransalının sabiq komandası "Yuventus"a qaytıması da ehtimal edilir. Ancaq futbolçunun PSJ-yə keçməyə daha yaxındır. Belə ki, Liqa 1 təmsilçisinin oyunçuya təklif etdiyi müqavilə şərtləri daha əlverişlidir.

Qeyd edək ki, Poqba 2019/20 mövsümündə "Mançester Yunayted"in heyətində 8 oyun keçirib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest