Qadın voleybolçulardan ibarət "Azərreyl" komandası çelenc kubokunda mübarizəsinə yekun vurub. Matç.az saytı xəbər verir ki, təmsilçimiz avrokuboklara 1/16 final mərhələsindən start verib.

Famil Ağayevin yetirmələri Belçika "Hermes"i ilə ilk görüşdə olduğu kimi, ikinci matçında da məğlub olub.

İkinci görüşü də Ostende şəhərində oynayan və meydana nominal ev sahibi kimi çıxan Azərbaycan çempionu yenə  0:3 (11:25, 16:25, 18:25) hesabı ilə uduzub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest