UEFA Avropa Liqasında son 50 ilin reytinq cədvəlini açıqlayıb. Matc.az xəbər verir ki, siyahıda Azərbaycanın 16 klubu yer alıb.

Təmsilçilərimizdən yaxşı göstərici "Qarabağ"a məxsusdur. Ağdam klubu 69 xalla 983 komanda arasında 118-ci pillədə qərarlaşıb.

Digər klublarımızdan "Neftçi" 34 xalla 216-cı, "Qəbələ" 27 xalla 248-cidir. "Xəzər Lənkəran" (10 xal) 471, "Zirə" (5 xal) 601, "Karvan" (5 xal) 606,  "Bakı" (5 xal) 631, "Olimpik-Şüvəlan" (AZAL, 2 xal) 758-ci, "MKT Araz" (1 xal), 819, "Xəzri Buzovna" (1 xal) 861-cidir.

Qeyd edək ki, UEFA Kuboku 1971-ci ildən keçirilməyə başlasa da, 2009-cu ildən Avropa Liqası adlanır. Azərbaycan təmsilçiləri bu yarışda 1994/1995 mövsümündən mübarizə aparır. 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest