Braziliyanın "Quarani" klubunun baş meneceri Miçel Alveş, Tallison Auqustonun "Neftçi"yə transfer olunacağını açıqlayıb.
 
Matc.az "correio.rac.com.br" saytına istinadən xəbər verir ki, Alveş Tallisonun "Neftçi" ilə üç illik müqavilə imzalayacağını deyib:
 
"Tallisona Azərbaycandan – "Neftçi"dən yaxşı təklif gəldi. Ona üç illik müqavilə və daha sərfəli şərtlər təklif edildi. Bu, rəddedilməz idi və "Quarani" rəqabət apara bilmədi. Tallison mənə zəng edib, təşəkkür etdi və "yox" deyə bilmədiyini dedi".
 
"Neftçi" 29 yaşlı braziliyalı müdafiəçiylə razılıq əldə edib və onunla üç illik müqavilə imzalayacaq. "Ağ-qaralar" Tallisonu komandadan ayrılan Donald Geryeyə əvəzləyici kimi düşünür.
 
Tallison "Quarani"dən əvvəl Braziliyada "Flamenqo", "Seara", "Vitoria", Belçikada isə "Sent-Tryuden" kimi klubların şərəfini qoruyub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest