"Neftçi" klubunun Müşahidə Şurasının keçmiş üzvü Bəhram Bağırzadə koronavirusa yoluxub.
 
Matc.az xəbər verir ki, Bağırzadənin koronavirus testinin nəticəsi müsbət çıxıb. Hazırda xəstəxanada olan Bəhramın durumu sabitdir.
 
Bəhram Bağırzadə 2015-ci ilin martından 2016-cı ilin noyabrına qədər "Neftçi"nin Müşahidə Şurasının üzvü olub. (Baku.ws)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest