"Sabah"ın yarımmüdafiəçisi Ozan Can Kökçü karyerasını Türkiyədə davam etdirə bilər. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, oyunçu "Beşiktaş"ın maraq dairəsindədir.

İstanbul təmsilçisi əvvəlcə U-21 millimizin üzvünün qardaşı Orkun Kökçünü heyetinə qatmaq niyyətində idi. Ancaq "Beşiktaş" "Feyenord"da çıxış edən futbolçu ilə razılığa gələ bilməyib.

Bunun ardından "ağ-qaralar" Ozan Can Kökçünü transfer etməyi planlaşdırır. Baş məşqçi Sergen Yalçının gənc oyunçulara çalışmaq istədiyi və rəhbərlikdən futbolçunun alınmasını tələb etdiyi bildirilir.

Qeyd edək ki, Ozanın "Sabah"la müqaviləsi 2021-ci ildə başa çatır. O, paytaxt klubuna ötən il "Giresunspor"dan keçib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest