"Həm "Legiya", həm də "Qarabağ"da azarkeşsiz keçirdiyim oyunlar olub"

Bu sözləri "Qarabağ"ın sabiq müdafiəçisi Yakub Jezniçak Polşa çempionatının qapalı tribunalar önündə davam edəcəyinə münasibət bildirərkən deyib. Hazırda Plotskun "Visla" klubunda çıxış edən 34 yaşlı futbolçu"Qarabağ"da olanda buna öyrəşdiyini vurğulayıb:

"Azərbaycanda stadionlarda bir dəstə azarkeş olur. Buna görə də, tərəfdarısız oyuna öyrəşmişəm. Ancaq bir çox futbolçular üçün boş tribunalar önündə çıxış etmək yeni olacaq".

O, qazandığı titullarla fəxr etdiyini də söyləyib: "Legiya" ilə 5, "Qarabağ"la 2 dəfə ölkə çempionluğu yaşamışam. çempionlar Liqası və Avroliqanın qrupunda iştirak etdim. Bu, istedadımdan daha yüksək nəticələrdir. Etitaf edim ki, bəzən bəxt istedaddan daha önəmlidir".

Qeyd edək ki, Yakub Jezniçak 2017-2019-cu illərdə ölkəmizdə "Qarabağ"ın formasını geyinib. Polşa çempionatı bu gün baş tutacaq matçlarla bərpa olunacaq.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest