"çelsi" "Bayer"in yarımmüdafiəçisi Kay Havertsi heyətinə qatmaq niyyətindədir. Matc.az "Daily Mail"ə istinadən xəbər verir ki, futbolçunun mövsüm sonunda komandadan ayrılacağı gözlənilir.

Məlumata görə, London klubu 20 yaşlı yarımmüdafiəçini transfer etməkdə israrlıdır. Baş məşqçi Frenk Lempard onu Pedro Rodriges və Villianın əvəzedicisi kimi görür.

Almaniya millisinin üzvünün qiyməti 75 milyon funt sterlinqdir. Havertsin Avropanın digər klublarının da maraq dairəsində olduğu bildirilir.

Qeyd edək ki, yarımmüdafiəçi 2019/20 mövsümündə "Bayer"də 38 oyun keçirib və 15 qol vurub. Gənc futbolçunun klubu ilə müqaviləsi 2022-ci ilə qədərdir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest