"Barselona" Ansu Fatini satmaq niyyətində deyil. Matc.az xarici mətbuata istinadən xəbər verir ki, "Mançester Yunayted" 17 yaşlı futbolçu üçün 100 milyon avro təklif edib.

Ancaq "Barselona" rəhbərliyi Fatini satmaq fikirində deyil. Bu səbəbdən də "qırmızı şeytanlar"ın təklifi rədd edilib. Yarımmüdafiəçinin gələcəydə komandanın əsas üzvlərindən biri olacağı bildirilib.

Qeyd edək ki, gənc oyunçu Kataloniya klubunun yetirməsidir. O, cari mövsüm komandanın heyətində 24 oyun keçirib və 5 qol vurub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest